
Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında xüsusi təyinatlıların içində olduğu bina çöküb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, binada 12 xüsusi təyinatlı olub.
Onlardan 9-u xilas edilib, 3 nəfər isə hələ axtarılır.
Mahalın Həsirli məhəlləsində yerləşən binanın çökməsinin səbəbləri hələ məlum deyil. Amma tikilinin köhnə olduğu bildirilir.
Ömər Dağlı