Türkiyədən Suriyaya raket zərbəsi: PYD darmadağın edildi – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyədən Suriyaya raket zərbəsi: PYD darmadağın edildi – FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvələri bu gün səhər saatlarından başlayaraq PKK-nın Suriya qolu olan PYD terrorçularına qarşı “MIM-23 Hawk” ortamənzilli raketlərdən istifadə edib.

Publika.az xəbər verir ki, Türkiyənin Suriya ilə sərhədində yerləşən Kırıkhan bölgəsindən atılan raketlərlə PYD hədəfləri darmadağın edilib.

Türkiyə ordusu PYD-yə qarşı təkcə “MIM-23 Hawk” raketindən deyil, həm də “Stinger”lərdən də atəş açıb.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general Nihat Kökmen fevralın 13-də Kırıkhan bölgəsində “HAWK” raket sisteminin vəziyyəti ilə yaxından tanış olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm