Rusi­ya və AB­Ş-ın gizli Türkiyə planı – Ərdoğanın baş müşavirindən ŞOK İDDİALAR
Bizi izləyin

Dünya

Rusi­ya və AB­Ş-ın gizli Türkiyə planı – Ərdoğanın baş müşavirindən ŞOK İDDİALAR

Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD-yə (PKK terror təşkilatının Suriya qolu) davamlı şəkildə dəstəyini açıqlayan Vaşinqtonla Ankara arasında münasibətlər getdikcə gərginləşir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Şərəf Malkoç İncirlik bazasının ABŞ təyyarələri üçün bağlana biləcəyini açıqlayıb.

Müşavirin sözlərinə görə, is­lam coğ­raf­iya­sı və Os­man­lını par­ça­la­ma­ğı qarşısına məqsəd qoyan I Dün­ya Müharibəsi hələ də davam edir: “Sonrakı mərhələdə kürdləri bö­lüb par­ça­la­maq istəyəcəklər. Daha sonra isə bəlkə də Tür­ki­yəni bö­lüb par­ça­la­mağı planlaşdırırlar. Bu planın içərisində Rusi­ya da var, İran da var və təəssüf ki, dost və müt­təfiq bil­diyimiz ölkələr də var. PYD və onun hərbi qanadı YPG-ni te­rror təşkilatı kimi gör­mədiyini açıq­la­yan ABŞ-a qarşı atacağımız addımlar arasında İncirlik hava bazasının Ame­rika təyyarələri üçün bağlanması da ola bilər. Sadəcə Ame­ri­ka de­yil, Tür­kiyə əleyhinə fə­ali­yyət gös­tərən hamıya qarşı tədbirlər görülür. Bu­nu İn­cir­liklə məhdudlaşdırmamaq lazımdır. Tür­ki­yənin im­kan­la­rı çox ge­nişdir. ABŞ Suriyada Rusiya ilə birlikdə Tür­ki­yə əley­hi­nə hərəkət edir. Bu­nun iza­hı varmı? Tür­ki­yə haqlı­dır və haq­lı olduğunu dün­ya­da­ki bütün plat­formalarda ortaya qoyacaq”.

AB­Ş-ın PYD terror təşkilatı ilə dost və müt­təfiq olmasına diqqət çəkən Mal­koç te­rrorla Ame­ri­kanın eyni ya­ta­ğa gi­rdiyini deyib: “Yəni, ABŞ əqrəblə, ilanla eyni ya­ta­ğa gi­rir. Rusi­ya və AB­Ş-ın Su­ri­yada əldə etdiyi razılaşma Tür­ki­yənin güçlən­məsinin qarşısını almaq məqsədi daşıyır. İlk olaraq Os­man­lını par­ça­la­dı­lar, son­ra ərəbləri bö­ldülər, indi isə kürdləri bö­lərək bir-birinə qarşı qoymağa ça­lı­şır­lar. Tür­ki­yə bu coğ­rafi­ya­da ol­du­ğu müd­dətdə buna güс­ü çatmayacaq. ABŞ ilə Rusiya nə qədər an­la­ş­sa da, bu bölg­ədə hər ikisi çox qalmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm