“Kartlar hələlik Putinin xeyrinədir”
Bizi izləyin

Dünya

“Kartlar hələlik Putinin xeyrinədir”

“Cəbhə xəttində cəmlənən döyüşçülərin gücləri Donbas hövzəsində genişmiqyaslı hücuma başlamağa imkan verməyəcək. Amma ayrı-ayrı məntəqələrin tutulması cəhdlərinin göstərilməsi ehtimalı olduqca yüksəkdir”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu “Xalq cəbhəsi” fraksiyasından Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk söyləyib.

“Biz yalnız ayrı-ayrı yaşayış məntəqələrindən Ukrayna qoşunlarının sıxışdırılması haqqında danışa bilərik. Marinka təhlükəli istiqamətlərdən biridir”, - Tımçuk qeyd edib.

Onun sözlərinə görə, Avdeyevki qəsəbəsi döyüşçülərin birinci qurbanı ola bilər: “Düşünürəm ki, döyüşçülər üçün Avdeyevkini tutmaq daha məntiqli olardı, nəinki Marinka şəhəri. Hər şeydən əvvəl hücum Avdeyevskidə yerləşən koks-kimya zavodunu sıradan çıxaracaq və nəticədə Mariupoldakı müəssisələr iflic olacaq. Bu isə Ukrayna iqtisadiyyatına ciddi zərbə vuracaq”.

O, vurğulayıb ki, Marinka döyüşçülər üçün arzu olunan hədəfdir. Ekspert hesab edir ki, Ukrayna ordusu vəziyyətin kəskinləşəcəyi halda artilleriyanın köməyi ilə Donetsk vilayətinin əhəmiyyətli hissəsinə nəzarət edə biləcək.

Dmitri Tımçuk həmçinin bildirib ki, Rusiyanın separatçılara hücuma keçməyə və Minsk razılaşmalarını pozmağa icazə verəcəyinə əmin deyil. Ali Radanın deputatının fikrincə, kartlar hələlik Putinin xeyrinədir.

Qeyd edək ki, dünən anti-terror əməliyyatları qərargahının mətbuat mərkəzi dünən Donetsk vilayətinin Petrovski şəhərində separatçıların hərbi texnika və şəxsi heyət topladığını bildirib. Məlumata görə, separatçıların aktivliyi fevralın 18-də bütün gün ərzində müşahidə edilib. Qeyd edilir ki, separatçıların məqsədi Donetsk vilayətinin Marinka şəhərini tutmaqdır.

“Donetsk sakinləri bildirirlər ki, döyüşçülər Petrovski şəhərində şəxsi heyət və hərbi texnika yerləşdirirlər. Məqsəd Marinka istiqamətdə hücum etməkdir. Xüsusi olaraq, “Qrad”lar və 10-dan çox tank qeydə alınıb", - xəbərdə qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm