ŞOK: 4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
Bizi izləyin

Dünya

ŞOK: 4 yaşlı uşağa ömürlük həbs cəzası verildi

Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn rejim daha bir qalmaqallı hərəkətə imza atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Müsəlman Qardaşları” Təşkilatının (İhvan) üzvü olduğu deyilən 4 yaşındakı Əhməd Mənsur Kuranı ömürlük həbs cəzasına məhkum edilib.

Nümayişlərə qatıldığı deyilən Əhməd insanları cinayət və zorakılığa təşviq etməkdə ittiham olunub. Misirli bir vəkil qərardan apellyasiya şikayəti verib. Araşdırma nəticəsində məlum olub ki, atasının adının yerinə 4 yaşındakı uşağın adı yazıldığı üçün məhkəmə belə bir hökm çıxarıb.

Məhkəmə yalnız uşağın adının dəyişdiriləcəyi halda qərardan imtina edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm