NATO üzvü: “Türkiyəni Rusiyaya qarşı dəstəkləməyəcəyik”
Bizi izləyin

Dünya

NATO üzvü: “Türkiyəni Rusiyaya qarşı dəstəkləməyəcəyik”

Rusiya ilə qarşıdurma olacağı halda NATO-dan kömək gözlədiyini gizlətməyən Türkiyəyə şok mesaj verilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Lüksemburqun xarici işlər və immiqrasiya naziri Jan Asselborn Türkiyənin NATO-nun dəstəyinə etibar etməməli olduğunu söyləyib.

O, Lüksemburqun da üzvü olduğu NATO-nun bu vəziyyətdə Türkiyəni dəstəkləməyəcəyini bildirib.

“NATO Türkiyə və Rusiya arasında baş verəcək hər hansı hərbi qarşıdurmaya cəlb olunmayacaq. Dəstək yalnız üzv ölkənin açıq şəkildə hücuma məruz qalacağı halda verilə bilər”, - nazir deyib.

Jan Asselborn NATO-nun digər üzvləri adından da danışdığını qeyd edib. Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə görə, NATO-nun hər hansı bir üzvünə edilən hücumu və ya hücum təhdidini bütün üzv ölkələrə qarşı edilmiş hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm