“Sözlərim Medvedevə ünvanlanıb”
Bizi izləyin

Dünya

“Sözlərim Medvedevə ünvanlanıb”

Polşa prezidenti Ancey Duda Rusiyanı yeni “soyuq müharibə”yə başlamaqda ittiham edib.

Publika.az xəbər verir ki, dövlət başçısı Moskvaya qarşı ittihamları “Reuters” agentliyinə müsahibəsində səsləndirib.

“Əgər kimsə Ukrayna və Suriyada təcavüzkar hərəkətlərə təşəbbüs edirsə, əgər kimsə öz qonşularının sərhədlərində hərbi mövşcudluğunu genişləndirirsə, bu halda “yeni soyuq müharibəyə kim başlamaq istəyir” sualına cavab açıqdır. Göründüyü kimi, bu Polşa və ya NATO deyil”, - Polşa prezidenti bildirib.

O, qeyd edib ki, sözlərini Avropada yeni “soyuq müharibə” haqqında danışan Rusiyanın baş naziri Dmitri Medvedevə ünvanlayır.

Dmitri Medvedev fevralın 13-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, NATO-nun Rusiya barəsində yürütdüyü siyasi xətt “düşmən” xarakteri daşıyır. Baş nazir Qərbi Rusiya barəsində “sərt doktrina”dan imtina etməyə və mövcud problemlərin həlli üçün səyləri birləşdirməyə çağırıb.

Medvedev iki gün sonra öz fikrini dəqiqləşdirib: “Mən bildirməmişəm ki, yeni soyuq müharibə başlanıb. Mən bildirmişəm ki, NATO-nun qərarları bizi yeni soyuq müharibəyə itələyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm