ŞOK: Həbsxana kanalizasiyasından 100 meyit çıxdı
Bizi izləyin

Dünya

ŞOK: Həbsxana kanalizasiyasından 100 meyit çıxdı

Kolumbiyada həbsxananın kanalizasiya sistemində ən azı 100 insanın cəsədinin qalıqları aşkar edilib.

Axar.az xəbər verir ki, paytaxt Boqotada yerləşən ən böyük La Modelo həbsxanasında qətl hadisələrinin aylar öncə baş verdiyi bildirilib.

Belə hallar ölkənin digər şəhərlərindəki həbsxanalarda da baş verib. Prokuror Katerina Heyk Puyana qeyd edib ki, cəsədlər məhkumlara, ziyarətçilərə və həbsxanaya aidiyyəti olmayan şəxslərə aiddir.

Onların doğranmış cəsədləri kanalizasiya borularına doldurulub. Cəsədlərin kimliyini müəyyən etməyin mümkün olmadığı vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm