Baş nazir prezidentin istefa çağırışına cavab verdi
Bizi izləyin

Dünya

Baş nazir prezidentin istefa çağırışına cavab verdi

Prezident məni istefa verməyə çağırmayıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli televiziya kanallarına müsahibəsində Ukraynanın baş naziri Arseni Yasenyuk deyib.

Baş nazirin sözlərinə görə, prezident bəyanatında onu istefa verməyə yox, hökuməti yenidən formalaşdırmağa çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Poroşenkonun Yasenyuk ba baş prokuror Viktor Şokini istefa verməyə çağırdığı bildirilirdi.

Şokin fevralın 19-da rəsmi istefa ərizəsi verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm