Türkiyə niyə hədəf seçilib? - Sykes-Picot razılaşması ilə...
Bizi izləyin

Dünya

Türkiyə niyə hədəf seçilib? - Sykes-Picot razılaşması ilə...

“Türkiyə üzərinə biçilən “itaətkarlıq” rolundan imtina edərək bölgədə model ölkə halına gəldiyi üçün hədəf alınıb”.

Publika.az xəbər verir ki, bunu fevralın 17-də Ankarada törədilən terror aktını şərh edən Tunisin keçmiş prezidenti Monsef Marzuki “Facebook” səhifəsində yazıb.

“Türkiyə Sykes-Picot razılaşması ilə onun üzərinə biçilən “itaətkarlıq” rolundan imtina edərək bölgədə model ölkə halına gəlib. İqtisadi sahədə böyük müvəffəqiyyətlər qazanan və böyük dövlətlərlə yarışan Türkiyənin cəzalandırılması məqsədi ilə terror hücumları təşkil edilir”, - keçmiş prezident qeyd edib.

Onun sözlərinə görə, bu hücumlar Türkiyə dövləti və xalqın gücünü daha da artıracaq.

Qeyd edək ki, Ankara terror hücumunda 28 nəfər öldürülüb, 61-i yaralanıb. Ankara hücumun PYD terror təşkilatı tərəfindən həyata keçirildiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm