PKK-ya ağır zərbə: Qəndil yerlə-yeksan edildi, "Botan" öldürüldü
Bizi izləyin

Dünya

PKK-ya ağır zərbə: Qəndil yerlə-yeksan edildi, "Botan" öldürüldü

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı növbəti hava əməliyyatını keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qəndil dağında yerləşən Avaşin-Basyan, Hakurk və Gara düşərgələrinə zərbələr endirilib.

Terror təşkilatına aid yerüstü və yeraltı sığınacaqlar, xeyli sayda silah və sursat məhv edilib. Hava əməliyyatında çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Məlumata görə, əməliyyatda PKK-nın Türkiyənin Mardin vilayəti üzrə lideri “Botan” kod adlı Faruk Atan və ətrafındakı terrorçular məhv edilib. Kəşfiyyatın əldə etdiyi məlumata görə, o, Mardin vilayətinin Nusaybin mahalı və Şırnak vilayətinin İdil mahallarında terror aktları həyata keçirməyə hazırlaşırmış. “Botan” bu məqsədlə tabeliyindəki terrorçularla toplantı keçirməli imiş.

Əməliyyatda yanacaq təyyarələri, F-4E 2020 və F-16 qırıcıları və pilotsuz təyyarələr iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm