Türkiyədən böyük həmlə: Antarktikada baza qurulur
Bizi izləyin

Dünya

Türkiyədən böyük həmlə: Antarktikada baza qurulur

Antarktikada elmi araşdırmalarını bu günə qədər Bolqarıstan bayrağı altında reallaşdıran Türkiyə özünün bazasını qurur.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasında bununla bağlı qanun layihəsi qəbul edilib.

Türkiyə beləliklə, cənub qütbündə bazası olan 30-cu ölkə olacaq.

Qanun layihəsinin müzakirələrində çıxış edən Türkiyə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin məsləhətçisi Mehmet Emin Birpınar Antartikada elmi mərkəzin qurulmasının planlaşdırıldığını bildirib.

“Antarktika cənub qütbündə yerləşən və heç kimə aid olmayan bir ərazidir. Orada bir çox ölkə elmi araşdırma aparır. Antarktika Türkiyə bayrağının da dalğalanması çox əhəmiyyətlidir. Hazırda Antarktikada 29 ölkəyə məxsus 101 araşdırma institutu var. Türkiyənin də araşdırma mərkəzinin qurulması mənfəətlərimizə uyğun olacaq”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm