Rusiyaya BMT-də Türkiyə şoku – qətnamə qəbul olunmayacaq
Bizi izləyin

Dünya

Rusiyaya BMT-də Türkiyə şoku – qətnamə qəbul olunmayacaq

Rusiyanın Türkiyə ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi şuranın üzvləri tərəfindən tənqidlə qarşılanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover Türkiyəni tənqid edən qətnamə layihəsinin gələcəyinin olmadığını deyib.

“Rusiya təqdim etdiyi bu qətnamə layihəsi ilə dünyanı aldatmaq istəyir”, - amerikalı diplomat söyləyib.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delatre də Rusiyanın gərginliyi artırdığını dilə gətirib.

Qeyd edək ki, Rusiya BMT Təhlükəsizlik Şurasının müzakirəsinə Türkiyə ilə bağlı qətnamə layihəsi təqdim edib. Qətnamədə Suriyanın ərazi bütövlüyü və müstəqilliyini pozan, böhranın diplomatik yolla nizama salınmasını nəzərdə tutan Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi ilə razı olmayanlardan hərəkətlərinə son qoyulması tələb olunacaq. Qətnamədə Suriyaya müdaxilə ilə bağlı Ankaradan verilən bəyanatlarla əlaqədar narahatlıq ifadə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm