• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Putinə SON XƏBƏRDARLIQ: “Başqa variant ondan ibarətdir ki...”

  • Dünya
  • 20 Fevral 2016 20:31
  • 6 518 Baxış
Putinə SON XƏBƏRDARLIQ: “Başqa variant ondan ibarətdir ki...”

Səudiyyə Ərəbistanı Suriyada güc balansını dəyişdirmək istəyir.

Publika.az xəbər verir ki, krallığın xarici işlər naziri Adil Əl-Cubeyr Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Suriya müxalifətinə “Yer-hava” sinfindən olan raketlərin verilməsini təklif edib.

Onun sözlərinə görə, bu müxalif güclərinə Bəşər Əsədin vertolyotları və təyyarələrini məhv etməyə imkan yaradacaq.

“Biz hesab edirik ki, “Yer-hava” sinfindən olan raketlərin çatdırılması Suriyada güc balansını dəyişdirəcək. Onlar mülayim müxalifətə rejimin vertolyotları və təyyarələrini sıradan çıxarmağa imkan verəcək. Bu vertolyotlar və təyyarələrlə kimyəvi silah tətbiq edilir, müxalif güclərinin mövqelərinə zərbələr endirilir”, - diplomat deyib.

Adil Əl-Cubeyr məhz hansı raket komplekslərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Xarici işlər nazirinin fikrincə, Rusiyanın dəstəyi uzunmüddətli perspektivdə Suriya prezidentini xilas edə bilməyəcək: “Siyasi prosesin icrasını təmin etmək üçün Bəşər Əsəd öz postundan getməlidir. Başqa variant ondan ibarətdir ki, müharibə davam edəcək və Əsəd üzərində qələbə qazanılacaq”.

Suriya müxalifətinin ABŞ tərəfindən dəstəklənən iki qruplaşması “Liva Sukur al-Cabal" və "Tadjamu əl-İzza” 2015-ci ilin oktyabr ayında Pentaqondan “Yer-hava” tipli raketlərin verilməsini xahiş edib. Eyni zamanda müxalifət ABŞ hakimiyyətindən xahiş edib ki, Suriya rejiminə daşınabilən zenit-raket komplekslərini verən Rusiyaya bunun dayandırılması üçün təzyiq göstərilsin.

Oktyabr ayında “Valday” klubunun iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin ümid etdiyini bildirib ki, ABŞ Suriya müxalifətinə daşınabilən zenit-raket komplekslərini verməyəcək. Putin qeyd edib ki, ABŞ rəhbərliyində bu raketlərin Amerika pilotlarına qarşı yönələcəyini düşünən “ağıllı insanlar” da var.

Vaşinqton daşınabilən zenit-raket komplekslərini Suriya müxalifətinə çatdırmaqdan imtina edib. Amma tezliklə bir sıra KİV-lərdə xəbərlər çıxdı ki, müxalifəti bu raketlərlə Ər-Riyad təmin edə bilər. Ancaq Səudiyyənin rəsmi şəxsləri indiyə qədər bu informasiyanı təsdiq etmirdilər.

Adil Əl-Cubeyr “Der Spiegel”ə müsahibəsində deyib ki, müxalifətə raketlərin çatdırılması ABŞ-ın başçılıq etdiyi koalisiya ilə uyğunlaşdırılacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR