SEPAH generalından PKK-ya mesaj: “Bizi görəndə...” - VİDEO
Bizi izləyin

Dünya

SEPAH generalından PKK-ya mesaj: “Bizi görəndə...” - VİDEO

İran PKK terror təşkilatının İran qolu olan PJAK-ı təhdid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının Keşikçiləri Korpusunun ( SEPAH) quru qüvvələrinin komandiri general Məhəmməd Pakpur “səhv edəcək” terror təşkilatın vurulacağını deyib.

Onun sözlərinə görə, PJAK-nın yerləşdiyi mövqelər İranın tam nəzarəti altındadır.

“İranın qərb sərhədinin digər tərəfi PKK-nın nəzarəti altındadır və burada İraq əsgərlərinin fəaliyyəti yoxdur. Ötən illərdə ölkənin şimali-qərbindəki bəzi dağlıq bölgələrdə polis bölmələrimiz yox idi, bölgə terrorçuların rahat şəkildə hərəkət etdiyi məkana çevrilmişdi. Hər həftə qurulan pusqularda əsgərlərimiz şəhid olurdu. Yalnız uzun mənzilli toplarla düşməni vura bilirdik. Ölkə liderinin əmri ilə 2011-ci ildən etibarən bölgədə əməliyyatlara başladıq. Əsgərlərimiz çətin coğrafi quruluşu olan 3 min metrlik yüksəkliklərə çıxa bildi. Əsgərlərimizin həmin mövqelərə çıxa bilməyəcəyini düşünən bəzi terrorçular onları görəndə intihar etdilər. Əməliyyatlarla digər yüksəkliklərə də nəzarəti təmin etdik. Hazırda düşmənin bütün mövqeləri nəzarətimiz altındadır”, - iranlı general vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm