Ermənistan Rusiyadan aldığı yeni silahları Azərbaycana tuşladı - ETİRAF
Bizi izləyin

Dünya

Ermənistan Rusiyadan aldığı yeni silahları Azərbaycana tuşladı - ETİRAF

“Rusiyanın Ermənistana verdiyi son silahlar Azərbaycanın hədəflərini vurmağa imkan verir”.

Publika.az xəbər verir ki, bu iddia ilə Rusiya mediasına açıqlama verən erməni politoloq Sergey Minasyan çıxış edib.

Onun sözlərinə görə, “Qasırğa”, TOS-1A və digər silahlar Ermənistanın hərbi arsenalını gücləndirir.

“Bu silahlar Azərbaycanda istənilən hədəfi vurmağa imkan verir”, - deyə erməni politoloq iddiasında qeyd edib.

Lakin o, Azərbaycanın daha güclü hərbi arsenala malik olduğunu da etiraf edib: “Azərbaycan Rusiyadan böyük miqdarda silah alıb. Fərq ondadır ki, Ermənistana verilən silahlar zavod qiymətinədirsə, Azərbaycana satılan silahlar bundan qat-qat bahadır. Azərbaycan həmçinin, İsrail və digər ölkələrdən ən müasir silahları öz arsenalına daxil edib”.

Erməni siyasətçi Rusiyanın Ermənistanı Azərbaycan qarşısında zəif vəziyyətə düşməsinə imkan verməcəyinə ümid etdiyini diqqətə çatdırıb,

“Ümid edirəm ki, Rusiya Ermənistan ordusunun silahlanmasını bundan sonra da davam edəcək”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm