Rusiya Qafqazda böyük təlimlərə hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya Qafqazda böyük təlimlərə hazırlaşır

2016-cı ildə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi 50-dən çox hərbi təlim keçirəcək.

Axar.az xəbər verir ki, bunu Rostov-na-Donu şəhərində hərbçilər qarşısında çıxışı zamanı Cənub Hərbi Dairəsinin komandiri general Aleksandr Qalkin söyləyib. Onun sözlərinə görə, cari ildə “Qafqaz-2016” komanda-qərargah təlimləri də baş tutacaq. Bu təlimlər Cənubi Qafqaz, Şimali Qafqaz və Krımda həyata keçiriləcək.

Qeyd edək ki, komanda-qərargah təlimləri komandirlər və qərargahların hərbi hazırlığının artırılmasına xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm