Kiyevdə Rusiya bankları dağıdıldı - VİDEO
Bizi izləyin

Dünya

Kiyevdə Rusiya bankları dağıdıldı - VİDEO

Ukraynanın Kiyev şəhərində Maydan hadisələrinin ildönümü ilə bağlı kütləvi aksiyalar qarşıdurmalarla yadda qalıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, jurnalist Aleksandr Rudomanov “Facebook” səhifəsində şəhərin müxtəlif hissələrində partlayış səslərinin eşidildiyini bildirib.

Məlumata görə, rusiyayönlü biznesmen Rinat Əhmədovun ofisi mitinq iştirakçıları tərəfindən hücuma məruz qalıb. Aleksandr Rudomanov aksiya iştirakçılarının ofisi daşladığını yazıb.

Nümayişçilər həmçinin Rusiyanın Alfa və Əmanət banklarının ofislərinə hücum edib. Alfa bankının qapısı sındırılıb və içəridə talan təşkil olunub. İddiaya görə, polis banka yaxınlaşmayıb və talançılara heç kim mane olmayıb. Ancaq Arsenal küçəsində yerləşən Əmanət bankının binası xüsusi təyinatlılar tərəfindən mühafizə edilib. Buna baxmayaraq, mitinq iştirakçıları ofisi daşlayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm