İranın “Məhərrəm” planı uğursuzluğa düçar oldu
Bizi izləyin

Dünya

İranın “Məhərrəm” planı uğursuzluğa düçar oldu

Vətəndaş müharibəsinin ilk günlərindən Suriyanın Bəşər Əsəd rejimini dəstəkləyən İran bu ölkədəki hərbi gücünü getdikcə artırır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2016-cı ilin əvvəlində İran İslam İnqilabının Keşikçiləri Korpusu ( SEPAH) və ona bağlı muzdluəsgərlərin sayı iki dəfə artaraq 60 minə çatıb.

İranın Suriyaya göndərdiyi döyüşçülərin sayının iki dəfə artırılmasının səbəbi 2015-ci ilin son üç ayında həyata keçirilən və “Məhərrəm” adlandırılan planın uğursuzluğa düçar olmasıdır. Sözügedən plan Suriyanın müxalif güclərinin, xüsusilə də Hələbdəki müxalifətin Rusiyanın hava dəstəyi ilə məğlubiyyətə uğradılmasını nəzərdə tuturdu.

SEPAH-ın İranın hər vilayətindəki bölməsi Suriyaya üç aylıq müddətinə iki batalyon əsgər göndərmək məcburiyyətindədir. Məlumata görə, Suriyada İraq və Əfqanıstandan gətirilən muzdlu əsgərlərin sayı da iki dəfə artıb. Bundan başqa, pakistanlı muzdlu əsgərlərin sayının da çoxaldığı bildirilir.

Suriya ordusunun son on gündə Hələbin şimalında həyata keçirilən əməliyyatların heç birinə qatılmadığı deyilir. İddiaya görə, bütün əməliyyatlar SEPAH, əfqan və iraqlı muzdlu əsgərlər tərəfindən həyata keçirilib. Son on gündə SEPAH-ın yüzlərlə əsgəri, o cümlədən üç batalyon komandiri öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm