ABŞ və Rusiya razılaşdı
Bizi izləyin

Dünya

ABŞ və Rusiya razılaşdı

ABŞ və Rusiya Suriya ilə bağlı kəşfiyyat məlumatlarının qarşılıqlı ötürülməsi və atəşkəs elan edilməsi barədə razılıq əldə edib.

Axar.az xəbər verir ki, Cenevrə danışıqlarında iştirak edən nümayəndələrdən biri "İnterfaks"a açıqlamasında Rusiya və ABŞ-ın Suriyada atəşkəs məsələsi ilə bağlı müvəqqəti razılıq əldə etdiyini bildirib.

Qeyd edilir ki, ABŞ və Rusiya Suriyada qarşıdurmaların dayandırılması ilə bağlı razılıq əldə etsə də, atəşkəsin elan edilmə tarixi müəyyənləşdirilməyib.

Məlumatı verən mənbə tərəflərin razılaşma şərtləri arasında terrorçularla bağlı maddənin də yer aldığını qeyd edib. Həmin şərtə görə, tərəflər terroçuların olduğu məkanlarla bağlı kəşfiyyat məlumatlarını bölüşəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm