
Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkənin Avropa İttifaqında üzvlüyünün saxlanmasına dair referendumun iyunun 23-nə təyin olunduğunu bildirib.
Bu barədə qərar fevralın 20-də Böyük Britaniyanın Avropa İttifaqındakı yeni statusunun müzakirə olunduğu Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Xatırladaq ki, Aİ-yə üzv ölkələrin liderləri fevralın 18-19-da Brüsseldə Böyük Britaniyanın Avropa blokunda üzvlüyünün yeni şərtlərini müzakirə ediblər. Sammitin yekununda Devid Kemeronun ölkəsinin Aİ-də saxlanmasını dəstəkləmək üçün irəli sürdüyü şərtlər razılaşdırılıb. Britaniyanın Baş naziri dörd sahədə - rəqabət, suverenlik, sosial siyasət və iqtisadi idarəetmədə yeni şərtlərdə israr edib.