Ohanyan PKK terrorçusunun evində - FOTO
Bizi izləyin

Dünya

Ohanyan PKK terrorçusunun evində - FOTO

Ermənistan hakimiyyətinin PKK terror təşkilatını dəstəklədiyi və PKK-nın üzvlərinin Dağlıq Qarabağda döyüşdüyü növbəti dəfə təsdiqini tapıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan 19 dekabr 2015-ci ildə Qarabağda öldürülən PKK-çının evini ziyarət edib.

9 dekabr 2015-ci ildə Ermənistan işğalı altındakı Dağlıq Qarabağda Azərbaycan ordusunun mövqelərinə sızmağa çalışarkən öldürülən terrorçunun ailəsinə baş çəkən Seyran Ohanyan ailəyə başsağlığı verib. Ohanyan PKK terrorçularının ünvanına təriflər yağdırıb.

Ermənistanda fəaliyyət göstərən bir agentliyinin dərc etdiyi fotoşəkildə PKK terror təşkilatına aid simvollar və medallar diqqət çəkir.

Qeyd edək ki, terrorçunun cənazəsi dəfn mərasimində PKK terror təşkilatının bayrağına sarılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm