Məşhur şirkət türkmən pambığından imtina etdi
Bizi izləyin

Dünya

Məşhur şirkət türkmən pambığından imtina etdi

Avropanın ən böyük pərakəndə geyim satışı ilə məşğul olan İsveç şirkəti - H&M pambıq tarlalarında uşaq əməyindən istifadə edilməsinə görə, Türkmənistan pambığından imtina edib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, H&M şirkəti ilə çalışan təchizatçılar da Türkmənistanda yetişdirilən pambığı almaqdan imtina etməlidirlər. Əks halda şəbəkə onlarla əməkdaşlığı kəsəcək.

«H&M istehsalat zəncirində, o cümlədən pambıqçılıqda yetkinlik yaşına çatmayanların əməyindən istifadəni və ya zorla işə cəlb olunmanı əsla qəbul etmir. Təəssüf ki, bu təcrübə Özbəkistan və Türkmənistanda geniş yer alır», - pərakəndə satış şəbəkəsinin bəyanatında deyilir.

Qadağa Suriyadan gətirilən pambığa da aiddir. Şirkət özbək pambığından hələ 2012-ci ildə imtina etmişdi. «Adidas», «Puma» və «Levi Strauss» kimi şirkətlər boykot qərarı qəbul etdikdən az sonra o da eyni addımı atmışdı. Bir qədər sonra onlara IKEA, «Walmart», «Marks&Spencer» və «Tesco» da qoşulmuşdu.

Yaxın zamanda Türkmənistan pambığından hazırlanan məhsuldan imtina edən şirkətlərin sayının artması da mümkündür. Qeyri-hökumət təşkilatları İsveçin məşhur brendi - IKEA-nı da Mərkəzi Asiyada yetişdirilən «ağ qızıl»dan imtina etməyə çağırırlar.

«Pambıq kampaniyası» (Cotton Campaign) də bu cür çağırışlar edən qurumlardandır. Bu qurum bildirir ki, Aşqabad hər il pambıq yığımı zamanı zorla on minlərlə vətəndaşı tarlalara tökür.

IKEA Türkmənistan pambığından «Malou» и «Nyponros» yataq dəstlərinin hazırlanmasında istifadə edir. Adıçəkilən məhsullar isə bütün dünyada satılır.

IKEA bildirib ki, problemlərdən, o cümlədən Türkmənistanda pambıqçılıq sahəsində baş verənlər, eləcə də məcburi əmək haqda deyilənlərdən xəbərdardır.

IKEA nümayəndəsi İsveçin «TT» agentliyinə deyib ki, buna görə də yoxlamanı gücləndiriblər. O, həmçinin pambıq tarlasında və istehsalında nəzarətin gücləndirilməsinin zərurətinə də toxunub. Şirkət bu gün həmin ölkədən cəmi bir pambıq tədarükçüsü ilə işlədiyini bildirib.

Hərçənd «Pambıq kampaniyası»nın rəhbəri Matt Fischer-Daly deyir ki, Türkmənistandakı pambıq sənayesi ilə bağlı müstəqil ekspertiza aparmaq mümkün deyil. Hakimiyyətin sərt nəzarəti var, vətəndaşlar isə bu mövzuda açıq danışmaqdan çəkinirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm