Azərbaycanlı biznesmenin obyektinin söküntüsünə başlandı – FOTO/VİDEO
Bizi izləyin

Dünya

Azərbaycanlı biznesmenin obyektinin söküntüsünə başlandı – FOTO/VİDEO

Bu gün səhər saatlarından başlayaraq Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya aid “Piramida” ticarət mərkəzinin söküntüsünə başlanılıb.

Publika.az xəbər verir ki, ticarət mərkəzinin sökülməsi üçün Tver küçəsinə xüsusi texnika gətirilib. Moskva meriyası mərkəzin qanunsuz tikinti olduğunu bildirib və bundan sonra R. Sultanlı binanı könüllü şəkildə özü sökmək qərarına gəlib.

Məlumata görə, artıq söküntü işlərinə başlanılıb, hasarlanmış əraziyə xüsusi texnika gətirilib və binanın sökülməsi üçün lazım olan avadanlıqlar hazır vəziyyətdədir.

Rusiyada qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar ötən ilin 8 dekabrında qəbul edilib. Bura 104 təhlükəli qanunsuz tikili daxildir. Artıq 97 obyektin söküntüsü başlayıb. Onların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir. Söküntünün mart ayına kimi bitməsi gözlənilir.

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir. (ans press)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm