İran sərhəddə nəzarəti gücləndirir
Bizi izləyin

Dünya

İran sərhəddə nəzarəti gücləndirir

İranın sərhəd qüvvələri qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar olaraq dövlət sərhədlərində nəzarəti gücləndirirlər.

Publika.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın sərhəd qoşunlarının komandanı Qasim Rızayi məlumat verib.

"Biz seçkilər öncəsi mütəxəssislərin sayını artırmaqla və sərhəd qoşunları komandanlığında yeni xüsusi qərargah açmaqla sərhəd nəzarətini gücləndirəcəyik. Bu məqsədlə fevralın 20-dən seçkilər yekunlaşanadək fəaliyyət göstərəcək xüsusi "Mekkad" qərargahı öz işinə başlayıb", - deyə ISNA agentliyi Rzayinin sözlərini sitat gətirib.

İranda parlament seçkiləri 26 fevral 2016-cı il tarixində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm