İraqda İŞİD-in yeddi komandiri öldürüldü
Bizi izləyin

Dünya

İraqda İŞİD-in yeddi komandiri öldürüldü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqın Ər-Rəmadi şəhərinin şərq hissəsinə endirdiyi havadan zərbələr nəticəsində İŞİD terror qruplaşmasının 7 komandiri məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə yerli hərbçilərə istinadən "Iraqi Media News Agency" məlumat yayıb.

Məlumata görə, təyyarələr terrorçu-komandirlərin görüşdüyü Ənbar əyalətinin Əl-Xalidiyyə rayonunu bombardman edib. Həmçinin terrorçulara məxsus üç nəqliyyat vasitəsi məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm