Kerri: Suriyada atəşkəslə bağlı ilkin razılıq əldə olunub
Bizi izləyin

Dünya

Kerri: Suriyada atəşkəslə bağlı ilkin razılıq əldə olunub

ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada atəşkəslə bağlı ilkin razılığa gəliblər.

Publika.az xarici KIV-lərə istinadən xəbər verir ki, bu barədə Kerri fevralın 21-də Əmmanda İordaniyanın xarici işlər naziri Nasser Judehlə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Kerri deyib ki, atəşkəs rejimi yaxın günlərdən qüvvəyə minə bilər. ABŞ dövlət katibi həmçinin əlavə edib ki, Barak Obama və Vladimir Putinin bununla bağlı yaxın günlərdə danışıqlar apara bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm