
Suriya prezidenti Bəşər Əsəd bir neçə şərtlə atəşkəsə hazır olduğunu bildirib.
Publika.az xarici KİV-lərə istinadən xəbər
verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentlikləri məlumat
yayıb.
Məlumata görə, rəsmi Dəməşq atəşkəs dövründə ayrı-ayrı
dövlətlərdən, xüsusilə Türkiyədən gələn yaraqlıların və göndərilən
silahların qarşısının alınmasını da vacib şərt kimi irəli sürüb.
Bəşər Əsəd atəşkəsdən istifadə edərək terrorçuların mövqelərinin
möhkəmləndirilməsinin də yolverilməz olduğunu bildirib. Həmçinin,
Suriya prezidenti terrorçularla mübarizədə Rusiya
və İranın dəstəyini də alqışlayıb.