
Almaniyanın “Welt am Sonntag” nəşri dünya müharibəsinin
başlaya biləcəyini iddia edib.
Publika.az xəbər verir ki, nəşrin “Dünya müharibəsi
ssenarisi” sərlövhəsi ilə yayımladığı xəbərdə Suriya münaqişəsində
böyük güclərin üz-üzə gəldiyi deyilir: “Qlobal müharibə artıq
qaçılmazdır. Barıt çəlləyini xatırladan Suriyada fəlakət
ssenariləri artıq başlayıb və uzun müddətdən sonra dünya gücləri
üz-üzə gəlib. Böyük müharibələr həmişə kiçik səbəblərdən başlayıb,
indi də hər an hər şey ola bilər”.
Nəşr Rusiya, Amerika və Türkiyə təyyarələrinin açıq havada ova
çıxmasını dünya müharibəsinin başlaması olaraq dəyərləndirib.
Asif