Tramp Cənubi Karolinada qalib gəldi
Bizi izləyin

Dünya

Tramp Cənubi Karolinada qalib gəldi

Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizədliyini irəli sürən milyarder Donald Tramp Cənubi Karolina ştatında keçirilən praymerizdə qalib gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp 32,5 faiz səs toplayıb və “qalib hər şeyi aparır” prinsipi üzrə 50 partiya nümayəndəsinin hamısının səsini alıb.

İkinci yeri Marko Rubio (22,5 faiz), üçüncü yeri Ted Kruz (22,3 fazi ) tutub. Prezidentliyə namizəd olmaq üçün namizədlərə partiya nümayəndələrin 1237 səsi lazımdır.

Tramp Ayova ştatında ikinci yeri tutub və Nyu-Hempşir ştatında qalib gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm