Rusiya və ABŞ razılaşdı - Suriyada atəşkəs elan olunur
Bizi izləyin

Dünya

Rusiya və ABŞ razılaşdı - Suriyada atəşkəs elan olunur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-ın xarici işlər naziri Con Kerri arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bir gündə 3 dəfə telefonla danışıq aparan Kerri və Lavrov Suriyada atəşkəsə nail olunması ilə bağlı ilkin razılığın əldə olunduğunu bəyan ediblər. Hər iki ölkə diplomatı bu razılıqla bağlı ABŞ və Rusiya prezidentlərini də məlumatlandırdıqlarını söyləyiblər.

Con Kerri isə qeyd edib ki, artıq Suriyada atəşkəs elan edilməsi ilə bağlı ABŞ və Rusiya arasında ilkin razılıq əldə olunub. Onun sözlərinə görə, yaxın günlərdə Suriyada atəşkəsin tətbiqinə başlanılacaq.

Qeyd edək ki, bu telefon danışığı barədə ilk açıqlamanı Con Kerri bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm