İŞİD-dən Əsədə ağır zərbə - yeganə yolu kəsildi
Bizi izləyin

Dünya

İŞİD-dən Əsədə ağır zərbə - yeganə yolu kəsildi

İŞİD terror qruplaşmasının döyüşçüləri Hələb ərazisində Suriya ordusunun təchizatının həyata keçirildiyi yeganə yolu kəsiblər.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Masdar” telekanalı bildirib.

Telekanalın məlumatına görə, İŞİD fevralın 21-də Hələb vilayətinin cənub-şərqində yerləşən Rasm an-Nafal yaşayış məntəqəsinə hücum edib. Nəticədə hökumət gücləri geri çəkilməyə məcbur edilib.

Ən yaxın saatlarda Suriya ordusunun əks-hücuma keçərək yaşayış məntəqəsini azad etmək üçün əməliyyata başlayacağı gözlənilir.

Hazırda Hələb vilayətində İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymaninin rəhbərlik etdiyi güclər tərəfindən dəstəklənən Suriya ordusu Hələb vilayətində müxalifət güclərinə qarşı genişmiqyaslı əməliyyatlar aparır. Hələb şəhərinin müxalifət güclərindən təmizlənməsi əməliyyatların əsas məqsədidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm