Türkiyədə Əsədin kəşfiyyatçısı öldürüldü - FOTO
Bizi izləyin

Dünya

Türkiyədə Əsədin kəşfiyyatçısı öldürüldü - FOTO

Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında PKK terrorçuları ilə birlikdə təhlükəsizlik güclərinə atəş açan qara formalı “xarici döyüşçülər”dən biri ölü olaraq ələ keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun cibindən Suriyanın kəşfiyyat xidməti olan “Əl Muhaberat”a aid vəsiqə çıxıb.

“Salem” adlı agentin uzun müddətdir bölgədə olduğu müəyyənləşdirilib. O, fevralın 20-də Surdakı binalardan birində atışma zamanı öldürülüb. “Əl-Muhaberat” agentinin PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarət etdiyi bölgələrdən Türkiyəyə daxil olduğu təxmin edilir.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban bir neçə gün əvvəl PYD-nin silahlı qolu olan YPG-ni “Suriya ordusunun bir parçası” olaraq xarakterizə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm