Baş nazir: “Bütün məsuliyyət məndədir”
Bizi izləyin

Dünya

Baş nazir: “Bütün məsuliyyət məndədir”

Ukraynanın baş naziri Arseniy Yasenyuk Maydan hadisələrindən keçən iki il ərzində ukraynalıların ümid etdiyi dəyişikliklərin həyata keçirilməməsinə görə məsuliyyəti üzərinə götürüb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, baş nazir bu barədə “Baş nazirlə 10 dəqiqə” teleproqramında deyib.

Yasenyuk əlavə edib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün Ukraynaya vaxt lazımdır. Baş nazir eyni zamanda bildirib ki, son iki il ərzində Ukrayna Rusiyadan asılılığını aradan qaldıra bilib: “Son 24 ay ərzində fundamental dəyişikliklər baş verib. Ukrayna müstəqil dövlət olub. Əvvəllər biz faktiki olaraq Rusiyanın idarəetməsi altında idik. Hazırda Ukrayna nə qaz, nə iqtisadiyyat, nə də siyasətə görə Rusiyadan asılı deyil,”.

Baş nazir əldə olunan nailiyyətlərə nümunə kimi polis sistemində aparılan islahatları və ordunun dirçəlişini göstərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm