“Rusiya ABŞ-a dərs vermək üçün Qarabağda…”
Bizi izləyin

Dünya

“Rusiya ABŞ-a dərs vermək üçün Qarabağda…”

“Türkiyənin Suriyada quru əməliyyatlarına başlaması, Rusiyanın Qara dənizdə, Dağlıq Qarabağda, Krımda və Ukraynada müharibəyə başlaması riskini artırır”.

Publika.az
xəbər verir ki, bu barədə politoloq Sergey Postoloviski Ukraynanın “Novaya vremya” saytında yayımlanan məqaləsində yazıb

Müəllif qeyd edir ki, Rusiyanın işğal siyasətinin aktivləşməsinin səbəblərindən biri ABŞ-ın 2017-ci il hərbi büdcəsi ilə bağlıdır: “Belə ki, Pentaqon bir nömrəli təhlükə kimi Rusiyanı təqdim edərək, Avropanın təhlükəsizliyinin gücləndirilməsi məqsədilə dörd dəfə daha artıq maliyyə vəsaiti ayırıb. Aydındır ki, bu Rusiyanı əsəbiləşdirir. Xüsusilə Latviya, Estoniya, Rumıniya, Macarıstan, Polşa kimi ölkələrdə NATO-nun güclənməsi Kremlin planlarına daxil deyil. Buna görə də Moskva mümkün hər şeyi etməyə çalışacaq ki, Vaşinqton Şərqi Avropa siyasətini yenidən gözdən keçirsin”.

Politoloq hesab edir ki, Rusiya ABŞ-ın siyasətini dəyişdirməsi üçün Qara dəniz hövzəsində, Dağlıq Qarabağda, Krımda və Ukraynanın Donetsk bölgəsində müharibəni şiddətləndirəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm