Bəhreyndən İrana ittiham
Bizi izləyin

Dünya

Bəhreyndən İrana ittiham

“Biz terrorizm təhlükəsinin qarşısını almaq üçün müəyyən addımlar atmışıq. Həmçinin xaricdən terrorçulara maddi yardım göstərilməsini əngəlləmək məqsədilə ölkəyə pul köçürmələrinə birbaşa nəzarət etmək üçün bir komitə də yaradılıb. Bundan başqa 14 yaşından 18 yaşına qədər olan ölkə vətəndaşlarının o qədər də dinc sayılmayan bəzi ölkələrə səfərləri nəzarət altına alınaraq məhdudlaşdırılacaq”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Bəhreynin daxili işlər naziri Şeyx Raşid Bin Abdullah Al-i Xəlifə fevralın 21-də ölkə ruhaniləri, deputatlar və media nümayəndələri ilə görüşündə deyib.

O, İranın ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırıb:

“İranın Bəhreynin daxili işlərinə müdaxiləsinin qarşısını almaq məqsədilə bir sıra tədbirlər görülüb. Xaricdən ölkəyə pul köçürmələri əməliyyatlarına, vətəndaşların xarici səfərlərinə və ölkədəki “hüseyniyyə”lərin fəaliyyətinə nəzarət etmək, görülən həmin tədbirlərdən biridir”

Şeyx Raşid əlavə edib ki, Bəhreyn hökuməti ölkədə dini mərasimlərin siyasiləşdirilməsi yolunda göstərilən hər hansı bir addımın qarşısını alacaq, məzhəblər arasında ixtilafların kənardan qızışdırılmasına imkan verməyəcək.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm