Putinin tələsinə düşməmək üçün... - FOTO
Bizi izləyin

Dünya

Putinin tələsinə düşməmək üçün... - FOTO

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 28 fevral 2014-cü il tarixdə Krımla bağlı keçirilən iclasının stenoqramı məxfilikdən çıxardılıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Borislav Bereza “Facebook”dakı səhifəsində yazıb.

İclasda ölkədə hərbi vəziyyətin tətbiqi məsələsi müzakirə edilirdi. Stenoqrama əsasən, Milli Təhlükəsizlik Şurasının üzvləri Rusiya ilə müharibəyə qarşı çıxırdılar. İclasda iştirak edən “Batkivşina” Partiyasının lideri Yuliya TimoşenkoMilli Təhlükəsizlik və Müdafiə Şurasını risk etməməyə və ölkədə hərbi vəziyyətin daxil edilməsinin əleyhinə səs verməyə çağırırdı. Amma Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov onun sözlərinə qulaq asmayaraq Ukraynada hərbi vəziyyətin tətbiqi ideyası ilə çıxış edir.

Həmin vaxt Ukrayna Təhlükəsizlik Xidmətinin postunu tutmuş Valentina Nalivayçenko məlumat verib ki, Krım Ali Sovetinin başçısı Vladimir Konstantinov və Krımın baş naziri Sergey Aksyonov dövlətə xəyanət edərək Rusiyanın tərəfinə keçiblər. Nalivayçenkonun sözlərinə görə, Aksyonovla Konstantinov öz hərəkətlərini Rusiyanın Qara dəniz donanmasının komandanlığı ilə əlaqələndirirlər. Nalivayçenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının diqqətini ona yönəldir ki, krımlıların əksəriyyəti Rusiyanın hərəkətlərini dəstəkləyir və Rusiyanın təhlükəsizlik gücləri yarımadanın infrastruktur obyektlərini nəzarət altına alıblar. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasını mülki əhali arasında itkilərə imkan verməməyə və Rusiyanın hərbi qulluqçuları ilə silahlı qarşıdurmaya mane olmağa çağırıb.

Timoşenko bildirib ki, Ukraynanın Silahlı qüvvələri işğalçıya cavab verməyə hazır deyil.

“Siz heç nəyi etməməyi təklif edirsiniz?” – Turçinov Timoşenkodan soruşub.

Timoşenko cavabında deyib ki, Ukrayna qərb partnyorlarının iştirakı ilə “sülh sammiti”nə gətirib çıxaracaq “qeyri-standart gediş” təklif etməlidir: “Sizdən tələsik gedişləri etməməyi xahiş edirəm. Mən Milli Təhlükəsizlik Şurasının üzvü deyiləm, amma Putinin tələsinə düşməmək üçün məni dinləməyi xahiş edirəm. Hərbi vəziyyəti daxil etməmək lazımdır”.

Timoşenkonun sözlərinə görə, əgər ukraynalılar şəhərlərin küçələrində zirehli texnika görərlərsə, təlaş başlanacaq.

“Əgər Rusiya tankları Kreşatikdə (Kiyevdə küçələrdən biri – red.) olarsa, o halda təlaş daha çox olacaq”, - Turçinov Timoşenkonun xahişinə cavab verib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rusiya müdaxiləçilərinə qarşı silahlı müdafiənin təşkil olunmasında təkid edirdi. İclasında sonunda Aleksandr Turçinov istisna olmaqla hamı hərbi vəziyyətin tətbiqinin əleyhinə səs verib.

Ali Radanın deputatı Andrey Teteruk “Facebook” səhifəsində məxfilikdən çıxarılan stenoqramın bir neçə səhifəsinin fotosunu dərc edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm