Suriya kürdləri hədəfini açıqladı: “Türkiyəyə qonşu...”
Bizi izləyin

Dünya

Suriya kürdləri hədəfini açıqladı: “Türkiyəyə qonşu...”

Suriyada Türkiyəyə qonşu müstəqil bir kürd dövləti istəmirik”.

Publika.az xəbər verir ki, bunu PYD-nin (PKK terror təşkilatının Suriya qolu) həmsədri Saleh Müslim Almaniyanın DPA agentliyinə müsahibəsində deyib.

Saleh Müslim bildirib ki, Suriyada müstəqil dövlət yaratmaq kürdlərin hədəfi deyil. Onun sözlərinə görə, əsas hədəf konstitusiya haqlarını əldə etməkdir. HDP-nin həmsədri Türkiyə sərhədində yerləşən Azez şəhərinin də hələlik özləri üçün hədəf olmadığı söyləyib.

Türkiyəni “kürdfobiya”da ittiham edən Müslim Suriyada təhlükəsiz bölgənin yaradılması planını bu ölkənin daxili işlərinə müdaxilə kimi xarakterizə edib.

Türkiyənin Suriya mövzusunda Səudiyyə Ərəbistanı ilə yaxınlaşmasına da toxunan PYD-nin həmsədri qeyd edib ki, Ankara bir çox tərəfi Suriya müharibəsinə çəkməyə çalışır: “Ancaq Ankaranın bu mövzuda müvəffəqiyyətli ola bilməyəcəyini düşünürəm. Səudiyyə Ərəbistanı Türkiyə ilə birdə döyüşə girməyəcək qədər ağıllıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm