ABŞ və Rusiya Suriyada atəşkəsin vaxtını razılaşdırdı
Bizi izləyin

Dünya

ABŞ və Rusiya Suriyada atəşkəsin vaxtını razılaşdırdı

Rusiya və ABŞ Suriyada atəşin dayandırılması rejimini uyğunlaşdırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbdəki diplomatik mənbələr bildirib.

Atəşin dayandırılması haqqında saziş 27 fevraldan qüvvəyə minir. Sənədin layihəsinə əsasən, İŞİD və “Ən-Nüsra” Cəbhəsi atəşkəs sazişinə daxil deyil. Sözügedən qruplaşmalara qarşı mübarizə davam etdiriləcək.

Mənbələr bildiriblər ki, sənəd yüksək səviyyədə uyğunlaşdırmalıdır.

Razılaşmaya baxmayaraq, ABŞ dövlət katibi Con Kerri Suriyadakı qarşıdurmaların dərhal dayandırılmasına ümid etmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm