Cənubi Koreyanın qorxusu
Bizi izləyin

Dünya

Cənubi Koreyanın qorxusu

Cənubi Koreya KXDR tərəfdən terror təhlükəsi ilə üzləşib. Bunu ölkənin prezidenti Pak Kın Xe müşavirləri ilə görüşdə bəyan edib.

Cənubi Koreya prezidenti qurum rəhbərlərinə “şimali koreyalıların bütün təxribatlarına cavab verməyə hazır olmalarını” tapşırıb. Onun sözlərinə görə, KXDR-in lideri Kim Çen In tabeliyində olanlara Cənubi Koreyada terror aktları və kiber-hücumların hazırlanmasına səyləri artırmağı əmr edib.

Bir qədər əvvəl təhlükəsizlik və ictimai administrasiya məsələləri üzrə dövlət komitəsi mart-aprel aylarında KXDR tərəfdən Cənubi Koreya qurumlarına güclü kiber-hücumların ola biləcəyi barədə xəbərdarlıq yayıb.

Xatırladaq ki, fevral ayının əvvəlində Pxenyanın keçirdiyi nüvə sınaqlarından sonra Koreya yarımadasında vəziyyət növbəti dəfə gərginləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm