General: "Türkiyə məqsədindən dönməyəcək"
Bizi izləyin

Dünya

General: "Türkiyə məqsədindən dönməyəcək"

Məruz qaldığımız bu kimi olaylar bizi müqəddəs vəzifəmizdən yayındıra bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş Qərargah rəisi və ordu generalı Hülusi Akar Ankara terroru ilə bağlı başsağlığı verərkən deyib.

“Məruz qaldığımız bu olaylar dinc və təhlükəsiz həyatımıza təsir etməyəcək. Bu hadisə şərəfli bildiyimiz müqəddəs vəzifəmizdən də bizi yayındıra bilməyəcək. Yaşadığımız bu olay millətimizi sevən, onun birliyi və rifahı üçün canından keçməyi gözə alan Türkiyə Silahlı Qüvvələrinin hər bir hərbçisini dərindən yaralayıb. Böyük Türk millətinin bu kədərli günündə həyatını itirən həmkarlarımıza və vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara da şəfalar diləyirik”, - Akar vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm