
İspaniya Daxili İşlər Nazirliyi 2015-ci ildə aşkarlanmış korrupsiya cinayəti faktlarının statistikasını açıqlayıb.
Ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən 1108 korrupsiya faktı aşkarlanıb. 2010-cu ildə bu rəqəm cəmi 336 olub. Ekspertlər hesab edirlər ki, bu rəqəmin artması İspaniyada korrupsiya cinayətlərinin sayının çoxalmasından deyil, belə faktlarının daha çox aşkarlanmasından irəli gəlir.
2015-ci il ərzində törədilmiş korrupsiya cinayətlərində dövr etmiş maliyyə vəsaiti isə təqribən 30 milyard avro olub.