Yer olmadı, 8 min məhbus azadlığa buraxıldı
Bizi izləyin

Dünya

Yer olmadı, 8 min məhbus azadlığa buraxıldı

Nikaraquada 8 mindən çox məhbus dolmuş həbsxanaların boşaldılması məqsədi ilə azadlığa buraxılıb.

Bu barədə hökumətə istinadən "Frans Press" məlumat yayıb.

Məlumata görə, 5 ilədək həbs müddəti olan 8 min 149 dustaq azadlığa buraxılıb. Bundan əlavə, 94 əcnəbi cəzasının qalan hissəsini öz vətənində çəkmək üçün ölkədən göndərilib.

Vaxtından tez azad edilmə prosesi 2014-cü ildən başlayıb və bu günə qədər davam edib. Hazırda Nikaraqua həbsxanalarında nə qədər dustağın olduğu açıqlanmır. Bununla belə, ötən il ölkənin penitensiar müəssisələrində 10,5 min dustağın olduğu bildirilirdi ki, bu da Nikaraqua həbsxanalarının tutumundan iki dəfə çoxdur. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm