Müxalifət seçki qərarına qarşı çıxdı
Bizi izləyin

Dünya

Müxalifət seçki qərarına qarşı çıxdı

Suriya müxalifəti ölkə prezidenti Bəşər Əsədin parlament seçkilərinin tarixini təyin etməsini şərh edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müxalifətin Ali Şurasının sədri Riad Hassan Aha prezident Əsədin qərarının “saxta not” kimi səsləndiyini deyib.

“Rejim başçısı müharibəyə yüklənmiş ölkədə seçkilərin tarixini necə təyin edə bilər?” - Aha deyib.

Onun sözlərinə görə, seçkilərin tarixinin açıqlanması insanların diqqətini yayındırmaq məqsədi daşıyır.

Qeyd edək ki, Suriya prezidenti 2016-cı il aprelin 13-də ölkədə parlament seçkilərini təyin edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm