Əsəd Rusiya və ABŞ-ın razılaşdırdığı sənədi qəbul etdi
Bizi izləyin

Dünya

Əsəd Rusiya və ABŞ-ın razılaşdırdığı sənədi qəbul etdi

Suriya hakimiyyəti atəşin dayandırılması haqqında Rusiya və ABŞ-ın əldə etdiyi razılaşmanı qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bildirib.

“Suriya Ərəb Respublikası döyüş əməliyyatlarının dayandırılmasına razılığını bildirir. İŞİD, “Ən-Nüsra” Cəbhəsi və digər terror təşkilatları ilə mübarizə davam etdiriləcək”, - Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan başqa, bildirilir ki, əməliyyatların hansı ərazilərdə dayandırılacağını uyğunlaşdırmaq üçün Rusiya ilə hazırda danışıqlar aparılır. Qeyd olunur ki, rəsmi Dəməşq silahlı qruplaşmalar tərəfindən barışığın istənilən pozuntusuna cavab vermək hüququnu özündə saxlayır. Açıqlamada Türkiyə və İordaniya ilə dövlət sərhədləri üzərində nəzarətin tam bərpasının əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, dünən Rusiya və ABŞ Suriyada atəşin dayandırılması rejimini uyğunlaşdırıb. Atəşin dayandırılması haqqında saziş 27 fevraldan qüvvəyə minir. Sənədin layihəsinə əsasən, İŞİD və “Ən-Nüsra” Cəbhəsi atəşkəs sazişinə daxil deyil. Sözügedən qruplaşmalara qarşı mübarizə davam etdiriləcək.

Razılaşmaya baxmayaraq, ABŞ dövlət katibi Con Kerri Suriyadakı qarşıdurmaların dərhal dayandırılmasına ümid etmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm