“AKP İŞİD-in siyasi davamıdır” – ŞOK İTTİHAM
Bizi izləyin

Dünya

“AKP İŞİD-in siyasi davamıdır” – ŞOK İTTİHAM

“İŞİD-in davamı sizsiniz. AKP İŞİD-in siyasi davamıdır. Türkiyə artıq bunu bilməli və ona görə hərəkət etməlidir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ittihamla Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş partiyasının qrup toplantısında çıxışında deyib.

Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarının davamlı olaraq İŞİD, PKK, PYD və YPG-yə eyni gözlə baxdığını deyən Demirtaşın sözlərinə görə, Türkiyə PKK-ya etdiyinin mində birini İŞİD-ə etməyib: “İŞİD-ə tək bir güllə atmadınız. Cihadçıların dəhlizi bağlandığı üçün həyacan içindədirlər. Lap əvvəldən İŞİD və “Ən-Nüsra” Cəbhəsini dəstəkləyiblər. Dörd il yarımdır Suriyada bunu edirlər. Kimi aldadırlar?”

HDP-nin həmsədri qeyd edib ki, AKP israrla “PKK ilə danışıqlar olmayacaq” deməsinə baxmayaraq, bütün silahlı qarşıdurmalar və döyüşlər sülhlə nəticələnir: “Ədalətli sülh üçün mübarizə aparacağıq. Bəli, döyüş indi dayanmalıdır, amma silahların susması sülh üçün kifayət etmir. Sülh hər kəsin bir-biri ilə qarşıdurma potensialının aradan qalxdığı vəziyyətdir”.

Səlahəddin Demirtaş Suriyada itirən tək ölkənin Türkiyə olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm