• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Obama Putinlə bağlı xahiş etdi: “Təxirə salınsın”

  • Dünya
  • 23 Fevral 2016 20:14
  • 2 785 Baxış
Obama Putinlə bağlı xahiş etdi: “Təxirə salınsın”

ABŞ prezidenti Barak Obama telefon söhbətində Yaponiyanın baş naziri Sindzo Abedən Rusiyaya səfəri təxirə salmağı xahiş edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Japan Times” nəşrinə anonim mənbələr deyib.

Yaponiya KİV-inin yazdığına görə, Abe mayın sonu-aprelin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edə bilər.

Barak Obama və Sindzo Abe arasında telefon söhbəti fevralın 9-da olub. Mənbənin sözlərinə görə, ABŞ prezidenti Sindzo Abe-Vladimir Putin görüşünün G-7 liderlərinin görüşündən sonra baş tutmasını istəyir. G-7-nin sammiti may ayının sonuna nəzərdə tutulub.

İddiaya görə, Yaponiyanın baş naziri Obamanın diqqətini Tokio və Moskva arasında həll edilməmiş əhəmiyyətli məsələlərin olmasına çəkib.

Fevralın 20-də yapon baş nazir bildirib ki, ərazi məsələsinin qəti həlli üçün Vladimir Putinlə dialoqu davam etdirmək istəyir: “Ölkələrimiz arasında 70 ildir ki, ərazi problemi mövcuddur. Bundan başqa, sülh müqaviləsi imzalanmayıb. Bu anormaldır. Rusiyaya səfər etmək istəyirdim, həmçinin prezident Putin Yaponiyaya gəlsin. Səfərimin dəqiq müddəti hələ müəyyən edilməyib, amma yaxın vaxtlarda olmalıdır”.

Qeyd edək ki, Putinin Tokioya səfəri hələ 2014-cü ili payızına planlaşdırılırdı. Ancaq Ukrayna böhranına görə beynəlxalq vəziyyət kəskinləşib və səfər təxirə salınıb. Səfərin müddəti 2015-ci ilə keçirilsə də, indiyə qədər baş tutmayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR