Kadırovun “şəxsi ordusu”: Bağışlanmış separatçılar “günah”larını... – ŞOK HESABAT
Bizi izləyin

Dünya

Kadırovun “şəxsi ordusu”: Bağışlanmış separatçılar “günah”larını... – ŞOK HESABAT

Rusiyanın “RPR – PARNAS” partiyasının Siyasi Şurasının üzvü İlya Yaşin müxalifətçi Boris Nemtsovun qətlinin ildönümü ərəfəsindən hazırlanmış məruzənin bölmələrindən birini ABŞ-ın “The New Times” nəşrində dərc edib.

Publika.az xəbər verir ki, bölmədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun “şəxsi ordusu”ndan bəhs edilib.

Qeyd edilir ki, silahlı “kadırovçular”ın ümumi sayı ekspertlərin qiymətləndirilmələrinə görə, 30 minə yaxınlaşır. Onların əhəmiyyətli hissəsi Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşıdır və ya Rusiya Daxili Qoşunlarının qulluqçusudur. Faktiki olaraq Çeçenistanın ərazisində fəaliyyət göstərən silahlı birləşmələr federal hakimiyyət orqanlarından asılı deyil və yalnız Çeçenistan prezidentinə tabedir.

“Çeçenistan Respublikası güc strukturlarının nüvəsi keçmiş separatçılardır və respublika başçısının qərarı ilə əfv edilib. Kadırov onlara öz tabeliyi altında yenidən silah götürmək imkanı verib. Beləliklə, Rusiya ordusu ilə vuruşmuş döyüşçülər yalnız Kadırovun maaşı ilə deyil, həmçinin azadlıq və həyatla təmin edilib”, - məruzədə bildirilir.

Kadırova öz sədaqətini nümayiş etdirən döyüşçülər tez-tez spesifik detallardan istifadə edirlər. Məsələn, döyüşçülər KRA (Kadırov Ramzan Əhməd oğlu – rusca Kadırov Ramzan Axmedoviç – red.) yazılan papaqlar və formalar geyinirlər. Çeçenistan Respublikasında KRA hərflərinin olduğu avtomobil nömrələrindən demək olar ki, respublikanın güc və inzibati strukturlarına aid avtomobillərdə istifadə olunur.

Çeçenistan prezidenti “ordu”su üçün yeni və gənc kadrların hazırlanmasına böyük diqqət ayırır. Məruzəyə görə, respublika ərazisində “Gənc qala” layihəsi fəaliyyət göstərir. Layihə çərçivəsində faktiki olaraq, azyaşlı döyüşçülərin hazırlığı ilə məşğul olan düşərgə yaradılıb.

Məruzədə bildirilir ki, Çeçenistanda yaradılan regional ordu müasir Rusiyada döyüş bacarığı ən yüksək olan hərbi qruplaşmadır. Regional ordunun strukturunda “Kadırovçu xüsusi təyinatlı dəstə” xüsusi rol oynayır. Rusiya xüsusi xidmət orqanlarının təcrübəli zabiti Danil Martınov xüsusi təyinatlı dəstəyə cəlb olunan döyüşçülərin hazırlığı ilə məşğul olur. O, “Alfa” xüsusi xüsusi bölmədən ayrıldıqdan sonra - 2013-cü ildə Kadırovun köməkçisi təyin edilib. Martınov “çeçen xüsusi təyinatlı dəstəsi”ni yeni peşəkar səviyyəyə qaldırıb. 2015-ci ilin aprelində Çeçenistan Respublikasından olan döyüşçülər xüsusi təyinatlı bölmələr arasında keçirilən dünya çempionatında qələbə qazanıblar. İordaniyada keçirilən çempionatda dünyanın müxtəlif ölkələrindən 43 komanda iştirak edirdi.

Qeyd edilir ki, “Kadırovçu döyüşçülər” yalnız beynəlxalq yarışlarda deyil, həm də real döyüş əməliyyatlarında öz bacarıqlarını göstərirlər. Məruzəyə görə, Çeçenistandan olan döyüşçü qrupları Donbasda Ukrayna hərbçilərinə qarşı əməliyyatlarda iştirak ediblər.

Çeçenistan Respublikasının prezidenti isə “Instagram” sshifəsində məruzəni “boşboğazlıq” və “cəfəngiyat” adlandırıb.

Amma Ramzan Kadırovın özü “Rossiya 1” televiziyasında nümayiş olunacaq bir sənədli filmdə deyib ki, çeçen komandoslar Suriyada terrorçularla bağlı kəşfiyyat məlumatları toplayır və hava hücumlarında vurulacaq mövqelərin koordinatlarını Moskvaya ötürür.

“Çeçenistanın ən yaxşı döyüşçüləri Suriyaya göndərilib. Onlar terrorçuların mövqeləri və sayı haqqında kəşfiyyat məlumatları toplayır. Bundan başqa, hava hücumu təşkil ediləcək mövqeləri müəyyənləşdirərək bombardmanların nəticələrini sənədləşdirirlər”, - Kadırov söyləyib.

Kadırov İŞİD terror qruplaşmasının içində çox geniş bir casus şəbəkəsinin qurulduğunu bildirib. Sənədli filmdə çeçen komandoslarının İŞİD-in içinə göndərilmədən əvvəl təlim aldıqları yerdən bəhs edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm