“Bunun üçün Türkiyənin tək yolu var”
Bizi izləyin

Dünya

“Bunun üçün Türkiyənin tək yolu var”

“Türkiyənin təhdid olaraq gördüyü PYD-YPG ABŞ-ın İŞİD-lə mübarizəsində imtiyazlı bir yer tutmaqda davam edəcək”.

Publika.az xəbər verir ki, “Yeni Şafak” nəşrinin yazarı Əli Bayramoğlu yazıb.

Türkiyə ABŞ-dan PKK terror təşkilatının Suriya qolu olan PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanınmasını, təşkilatlara dəstəyin dayandırılmasını istəyir. Əli Bayramoğlu qeyd edir ki, Türkiyə ABŞ-la etdiyi ən yüksək səviyyədəki təmasdan da istədiyi nəticəni ala bilməyib.

“Halbuki hökumətin verdiyi ilk məlumatlar başqa istiqamətdə idi. Ərdoğan və Obama arasındakı görüşün müsbət keçdiyi bildirilirdi. Məlumata görə, Obama həmkarı ilə telefon söhbətində Suriya rejimi və YPG-nin Suriyanın şimal-qərbindən şərqə doğru irəliləyişindən narahatlığını ifadə edib. Ancaq ABŞ-ın açıqladığı rəsmi mətndə YPG-yə qarşı hər hansı qınama, ABŞ-ın YPG-ə dəstəyinin başa çatacağına dair tək eyham belə yox idi. Bu, çox açıqdır: Türkiyənin təhdid olaraq gördüyü PYD-YPG ABŞ-ın İŞİD-lə mübarizəsində imtiyazlı bir yer tutmaqda davam edəcək”, - türkiyəli yazar qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Suriya kürdlərinə strateji əhəmiyyət verməsi PYD-nin Rusiyanın təsiri altına girməsi ehtimalıdır.

“Bu tarazlığın Türkiyə əleyhinə daha çox pozulmasına mane olmaq, mümkünsə əks istiqamətə çevirmək lazımdır. Bunun isə tək yolu var, həyata keçirilən siyasətləri mütləqləşdirməmək, müəyyən bir siyasi baxış ilə ölkənin mənfəətləri arasında mütləq əlaqə yaratmamaq, lazım gələrsə siyasi baxışları sürətlə nəzərdən keçirmək lazımdır. Türkiyə PKK məsələsinin həlli siyasətinə geri dönərək və əlindəki bütün imkanlarından istifadə edərək müəyyən bir razılaşma ilə PKK-nın silahlı ünsürlərini ölkə xaricinə itələməlidir”, - Əli Bayramoğlu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm