Obama vədinə xilaf çıxdı - “WikiLeaks”dən ŞOK İDDİA
Bizi izləyin

Dünya

Obama vədinə xilaf çıxdı - “WikiLeaks”dən ŞOK İDDİA

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ölkənin neft şirkətlərinin xeyrinə dünya liderlərini dinləyib.

Publika.az xəbər verir ki, bu barədə qalmaqallı “WikiLeaks” saytı yazıb.

Dinlənilən dünya liderləri arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun, Almaniya kansleri Angela Merkel və İsrailin baş naziri Benyamin Netanyahu var.

Amerika kəşfiyyatı BMT-nin baş katibini iqlim dəyişikliyi ilə mübarizə mövzusuna həsr edilmiş beynəlxalq konfransda dinləyib. Bundan başqa, ABŞ kəşfiyyatı Netanyahu və İtaliyanın sabiq baş naziri Silvio Berluskoni arasındakı görüş dinlənilib. Həmin görüşdə İsrail siyasətçisi həmkarından Amerika prezidenti Barak Obama ilə münasibətləri qaydaya salmaq üçün kömək xahiş edirdi. Həmçinin, məxfi sənədlərdə Fransanın keçmiş prezidenti Nikolas Sarkozi ilə Berluskoninin görüşü xatırlanır. Sabiq baş nazir bank sisteminin sürətli iflasından xəbər verirdi.

Sözügedən məlumatların məxfiliyin ən yüksək statusuna malik olduğu bildirilir.

“Bu gün biz göstərdik ki, BMT-nin baş katibinin iqlim məsələləri üzrə şəxsi görüşləri ən böyük neft şirkətlərinin maraqlarını müdafiə edən ABŞ tərəfindən dinlənilir. BMT-nin reaksiyasını gözləmək çox maraqlı olacaq. Dinləmənin qurbanı yalnız BMT-nin birinci katibi deyil, dünya qapıçıya qədər bu fəaliyyətin qurbanıdır”, - “WikiLeaks”in qurucusu Culian Assanj deyib.

Qeyd edək ki, 2015-ci ilin dekabrın sonunda “The Wall Street Journal” qəzeti hazırda çalışan və istefada olan Amerika məmurlarına istinad edərək yazıb ki, Milli Təhlükəsizlik Agentliyi ABŞ-a dost və müttəfiq ölkələrin liderlərini dinləməkdə davam edir. Halbuki, prezident Barak Obama buna son qoymaq barədə vəd vermişdi.

Nəşrin mənbələri iddia edirdi ki, Milli Təhlükəsizlik Agentliyi Konqres üzvləri və ABŞ-dakı yəhudi təşkilatlarının üzvləri ilə Netanyahunun telefon söhbətlərini dinləyib. Mənbələr iddia edir ki, aktiv dinləmə xüsusilə İranla nüvə danışıqları ərəfəsində qeydə alınıb. Dinləmələr göstərib ki, Netanyahu və onun məsləhətçiləri yəhudi qrupları ilə danışıqlarda nüvə sazişinə qarşı arqumentləri müzakirə edirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm